Əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır – Deputat

2020-10-26 11:48:23 / 633 dəfə oxunub

Ermənistan yenə də öz mənfur ənənəsinə sadiq qalaraq ABŞ-da əldə olunmuş növbəti atəşkəs rejimini kobudcasına pozur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 26 oktyabr saat 08:00-dan humanitar atəşkəs elan olunsa da cəmi bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa başladı:

"Ermənistandan bu cür riyakarlıqdan başqa bir şey gözləmək də doğru olmazdı. Bundan əvvəlki humanitar atəşkə rejimi də məhz Ermənistan tərəfindən pozulmuşdu. 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərində gecə yarısı mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi cəmi bir neçə dəqiqədən sonra kobud şəkildə pozmuşdur.

Bu dəfəki humanitar atəşkəsdən sonra ermənilər daha da azğınlaşıblar, təkcə cəbhə boyu deyil, Azərbaycan və Ermənistan dövlət sərhədində də təxribatlara əl atırlar, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulur.

Bu bir daha göstərir ki, əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır. Çünki Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini cəmləmək və yeni mövqelər əldə etmək üçün istifadə edir.

Məlumdur ki, ordumuz qısa müddət ərzində Ermənistanı böyük məğlubiyyətə uğradıb və bu məğlubiyyətdən ağır sarsıntı keçirən Ermənistanın cinayətkar rejimi atəşkəsi pozmaqla nəyəsə nail olmağa çalışır. Ancaq onların bu çirkin əməlləri heç bir nəticə verməyəcək. Bu atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan qətiyyətli cavab verəcək”.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!