Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva

2020-10-26 17:01:10 / 843 dəfə oxunub

Ermənistan 1994-cü ildən etibarən atəşkəsə riayət etmədiyi kimi, indiki şəraitdə də hunanitar atəşkəsi kobud şəkildə pozur. Son 3 həftədə əldə olunan humanitar atəşkəs də Ermənistan tərəfindən pozuldu. Buradan açıq görünür ki, işğalçı ölkə nəticəyönümlü atəşkəs və ya münaqişənin həllində maraqlı deyil. Belə olan halda əslində atəşkəsə çağıran tərəflər Ermənistana təzyiq göstərməli və götürdüyü öhdəliklərin icrasına məcbur edilməlidir. Lakin biz təcavüzkarın cəzasızlıq mühitində daha da azğınlaşmasının şahidi oluruq.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, üstəlik, həmsədrlərin oktyabrın 25-də yaydığı bəyanatın ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi:

"Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəslə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Faktiki öz ərazi bütövlüyünün təmin olunması uğrunda haqlı mübarizədə Azərbaycana qarşı çoxsaylı təzyiqlər var. Açıq görünür ki, məqsəd işğalçı Ermənistanı xilas etməkdir. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də söylədiyi kimi, Ermənistanın yeganə xilası işğal etdiyi ərazilərdən çıxmaqla mümkün ola bilər. Yəni, həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmaldır.

Digər tərəfdən, vasitəçilərin bəyanatındakı atəşkəsin monitorinqi üzrə parametrlər münaqişənin həlli ilə paralel getməlidir. Yəni, Azərbaycanın da haqlı olaraq tələb etdiyi kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Həmçinin atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Yəni, vasitəçilər münaqişənin həllini istəyirlərsə, yalnız bəyanat verməklə kifayətlənməməli və ədalətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Rəsmi Bakının mövqeyi aydın və prinsipialdır".

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!