Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi

2020-10-26 17:36:39 / 504 dəfə oxunub

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

Parlamentdən Sabahinfo.az-a verilən məlumata görə, bu günlərdə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir.

Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!