Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı

2020-10-29 11:41:08 / 522 dəfə oxunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayaməktub ünvanlayıb.

Baş nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

Baş nazir, həmçinin, məktubunda Türkiyənin vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb.

Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!