Azərbaycan Prezidentinin köməkçisi: Biz onları iti qovan kimi qovuruq

2020-10-29 12:14:44 / 551 dəfə oxunub

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı savaş aparmırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ancaq hərbi hədəflərə qarşı döyüşür:

"Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!