Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

2020-10-29 13:03:20 / 620 dəfə oxunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram” səhifəsində Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə paylaşım edilib.

Sabahinfo.az-ın məlumatına görə,paylaşımda deyilir:

"Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!"

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!