Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”

2020-10-30 11:39:49 / 606 dəfə oxunub

Bakı Qarabağ münaqişəsinin həlli üçün yeni bir mexanizmə ehtiyac olmadığını hesab edir və mövcud olan bütün imkanlardan istifadə etməyə hazırdır.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev "RİA Novosti”yəmüsahibəsində deyib.

"Hazırda fərqli fikirlər var: təmas qrupu, təmas mexanizmləri yaratmaq. Ancaq eyni zamanda ATƏT-in Minsk Qrupu formatı mövcuddur. Azərbaycan bütün imkanlardan istifadə etməyə hazırdır. Ən əsası münaqişənin siyasi həll yolunu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsidir”, - deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan destruktiv siyasətnümayiş etdirir və münaqişənin siyasi yolla həll olunmasında maraqlı deyil:

"Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq mövcud vəziyyətdə danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur”.

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!