Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? - RƏSMİ

2020-10-30 12:33:28 / 704 dəfə oxunub

"Uşaq bağçalarının fəaliyyətində fasilə davam etməkdədir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, uşaq bağçalarının fəaliyyətinin dayandırılması epidemioloji vəziyyət nəzarət altına alınanadəkdavam edəcək:

"Bağçalarda olan təhsil hələlik bərpa edilmir.Amma bağça və məktəbəqədər tədris müəssisələri istəyərsə, öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər”.

"Sonra müəyyən bölgələrdə bağçaların fəaliyyəti bərpa edilə bilər. Lakin ən azı iki həftədə bu reallaşmayacaq”, - deyə E.Əmrullayev əlavə edib.

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!