Koronavirusun QƏLƏBƏ sevincimizi əlimizdən almasına imkan verməyək

2020-10-30 13:10:08 / 2875 dəfə oxunub

Dünyanı cənginə alan koronavirus pandemiyası yeni mərhələyə qədəm qoyub. Artıq dünyada 46 milyon insan bu virusa yoluxub.  Vaksin isə hələdə tapılmayıb. Təəssüflər olsun ki, Azərbaycanda karonavirusla həyata keçirilən tədbirlərə baxmayaraq artım tempi çoxalan xətt üzrə davam edir. Operativ Qərərgahın bir sıra isdiqamətlərdə elan ediyi yumuşalmalardan vətəndaşlar sui-istifadə etdi. Sosial məsafə və digər vasitələrdən  istifadə   ilə bağlı müəyyən boşluqların olması bugünkü statistik gösdəriclərin əmələ gəlməsinə  şərait  yaradıb. Yenidən  Operativ Qərərgahın  qəbul etdiyi qərarlarla bir sıra rayon və şəhərlərə giriş-çıxış məhdudiyyəti tətbiq edilir.

Ürək açan məqam ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında koranavirusun yayılma tendensiyası elədə yüksək səviyyədə deyil. Naxçıvan Muxtar Respubilkasının Ali Məclisinin sədri cənab Vasif Talıbov bu istiqamətdə qətiyyətli işlər görür. Buna görədir ki, Naxçıvanda koronavirus problemi yoxdu.

Sonda onu qeyd edək ki, mənfur ermənilərin cəbhədə həyata keçirdiyi terror hadisələrinə layiqincə cavab verən Müzəffər Ordumuz düşmənə göz açmağa imkan vermir. Artıq cəbhədən şad xəbərlər alırıq. Bütün bunların fonda tibb işçilərinin iki cəbhədə mübarizə aparmasının  qarşısı alınması üçün hər bir vətəndaş koronavirusla mübarizədə öz qətiyyətini ortaya qoymalıdır. Bunun üçün üç əsas məqama diqqət etməlisiz. Qoruyucu maskalardan istifadə edilməli, sosial məsafə qorunmalı, ələrin tez-tez dizinfeksya edilməlidir. Çünki , uzun həsrətdən sonra qələbə sevincini yaşamaq hər birimizin  haqqıdır. İmkan verməyək ki, koronavirus bu haqqı əlimizdən alsın.

Elnarə Həziyeva


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!