Fransızlar kütləvi şəkildə Parisi tərk etməyə başlayıblar

2020-10-30 13:50:00 / 831 dəfə oxunub

Fransada 30 oktyabrdan başlayaraq koronavirus infeksiyası hallarının artması ilə əlaqədar yenidən karantin rejimi tətbiq edilib.

TASS agentliyi xəbər verir ki, Paris sakinləri məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsindən bir neçə saat əvvəl kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Bu səbəbdən karantinin başlamağına bir neçə saat qalmış Paris şəhərinin çıxışında uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb.

Hökumət qurumları bütün restoranların, barların, bəzi mağazaların bağlanmasına əmr verərək bildiriblər ki, pandemiya səbəbi ilə onsuz da ağır itkilərlə üzləşən sahibkarlara dövlət tərəfindən yardım olunacaq, işsiz qalanlara müavinət veriləcək.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merinin sözlərinə görə, ölkədə 200 mindən çox mağaza karantinə görə bağlanacaq.

"Bu, bütün ticarət müəssisələri üçün ağır zərbədir”, - deyə fransalı nazir etiraf edib. 

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!