Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi - VİDEO

2020-11-14 10:10:18 / 700 dəfə oxunub

Ağdaş rayonunda ailə münaqişəsi zəminində qətl törədilib.

Baku TV xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib.

33 yaşlı kənd sakini Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə Ağdaş rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin bacısı 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı Ülkər Xancana bıçaqla xəsarətlər yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan Xancan Umarov hadisə yerində keçinib.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!