DİN növbəti dəfə vətəndaşlara müraciət edib

2020-11-20 15:07:47 / 333 dəfə oxunub

Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşlara müraciət edib.

DİN-dən Sabahinfo.az-a daxil olan məlumata görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!

Bununla yanaşı, xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".

Son xəbərlər
Qumbara Tərlan!
2020-12-03 11:36:33
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!