“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”

2020-11-20 15:30:42 / 482 dəfə oxunub

Bu gün 27 il sonra "Qarabağ”ın təmsil etdiyi Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib.

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bu haqda öz fikirlərini bölüşüb:

"Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdamşəhəri artıq bu gün işğaldan azad olunub. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.

Son xəbərlər
Qumbara Tərlan!
2020-12-03 11:36:33
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!