Ermənistan prezidenti bütün sahələrdə məğlub olduqlarını açıqladı

2020-11-21 10:39:44 / 350 dəfə oxunub
"Bu illər ərzində Azərbaycana qarşı çıxa biləcək ordu yaratmağı bacarmadıq, bu, prinsipcə, düşünürəm ki, hərbi ruh, xalqın sədaqəti sayəsində mümkün idi. Bizdə hərbi texnika, uyğun təlim, təşkilatçılıq yox idi".

Azvision.azxəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan bildirib. Onun sözlərinə görə, Ermənistan nəinki döyüş sahəsindəki müharibəni, eyni zamanda demoqrafik müharibəni də uduzdu.

"1994-cü ildə biz qalib dövlət idik, bütün dünya, avropalılar, NATO bölgədəki ən güclü orduya sahib olduğumuzu düşünürdü. Qarabağda əhali 100 minə (real rəqəm 65 mindir - red) çatırdı, 26 ildən sonra orada 500 və ya 600 min adamın yaşaya biləcəyini düşünürdüm. Bunun mümkün olduğuna əmin idim. Ancaq olmadı".

Onun sözlərinə görə, Ermənistan diplomatik cəbhədə də məğlub oldu: "Diplomatik korpuslarımız 3-4 qat daha yaxşı maliyyələşdirilməli idi. Türkiyə və Azərbaycan diplomatiyasını gücləndirmək üçün heç nəyi əsirgəmədi".

Sarkisyan, erməni mediasını tənqid edərək Ermənistanın informasiya cəbhəsində də məğlub olduğunu etiraf edib.
Son xəbərlər
Qumbara Tərlan!
2020-12-03 11:36:33
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!