Sergey Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”

2020-11-21 12:55:26 / 686 dəfə oxunub

Rusiya Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə, Qarabağda sülhün bərqərar olması üçün çox işlər görüləcəyini deyib.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

"Gələcəkdə çox iş gözlənilir, bu dəfə də Qarabağda dinc bir həyat qurulacağına ümidvaram. Əlbəttə ki, əsas vəzifəmiz qan tökülməsinin qarşısını almaqdır. Bu, baş komandanımızın qarşımıza qoyduğu vəzifədir və biz bunu qətiliklə yerinə yetirmək niyyətindəyik”, - deyə ovurğulayıb.

S.Şoyqu vurğulayıb ki, baş nazirlə görüşündə Rusiya sülhməramlılarının fəaliyyəti, hərbi və hərbi-siyasi sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməyi planlaşdırır:

"Böyük bir proqramla gəldik və onu həyata keçirəcəyimizə ümid edirik”.

Müdafiə naziri Rusiyalı sülhməramlıların, 23 müşahidə məntəqəsi ilə demək olar ki, bütün Qarabağ ərazisinə yerləşdiyini söyləyib.

Son xəbərlər
Qumbara Tərlan!
2020-12-03 11:36:33
Laçın şəhəri - VİDEO
2020-12-03 09:47:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!