“Panasonic” yeni interfeys təqdim edib

2015-02-26 16:16:04 / 7694 dəfə oxunub
"Panasonic” korporasiyası və "Mozilla” şirkəti  "VIERA 2015” televizor xəttində "Firefox OS” əməliyyat sistemi əsasında yeni sadə istifadəçi interfeysi təqdim ediblər.  "Panasonic”in "4K Ultra HD” LED-televizorları çox sayda yeni funksiya və imkanları dəstəkləyir, o cümlədən "my Home Screen 2.0” və "Info Frame” funksiyalarını. Onların vasitəsi ilə istifadəçilər sevimli kanallarını seyr edə və eyni zamanda müxtəlif qurğulara qoşula biləcəklər.
 Televizorun ekranı ev sahibinin istəklərinə uyğun şəkildə fərdiləşdirilə bilər. Rahatlıq üçün o, asan naviqasiyalı xüsusi bloklara bölünüb. Platforma üç blokdan ibarətdir - "The Live TV Deck”, "The Apps Deck”, "The Devices Deck”.
 Bununla yanaşı, platformada "Info Frame” paneli mövcuddur, hansı ki, müxtəlif məlumatlara çıxış təqdim edir, hava proqnozundan başlayaraq, TV proqramlara və sevimli saytlaradək.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!