Çin xarici brendlərdən imtina edir

2015-02-26 16:17:25 / 7238 dəfə oxunub
Çin hakimiyyəti son iki ildə təhlükəsizlik məsələlərinə istinad edərək yüksək texnologiyalar sahəsində bir sıra aparıcı xarici brendlərin məhsulunu büdcə puluna alınacaq malların siyahısından çıxarır. Bu haqda analitiklərə istinadən "Reuters” agentliyi məlumat paylaşıb. "ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru” saytına istinadən bildirir ki, belə ki "Cisco Systems Inc.” şirkətinin təxminən 60 məhsul növü, həmçinin "Apple Inc” şirkətinin "iPad” planşet kompüterləri və "MacBook” noutbukları, "Citrix Systems Inc.” və "Intel Corp.” şirkətlərinin texnikaları, həmçinin "McAfee” antivirus proqram təminatı sözügedən siyahıya salınmayıb. Analitiklər iddia edirlər ki, bu addım qismən ABŞ hökumətinin kütləvi izləmə proqramları haqda Edvard Snoudenin açıqlamaları ilə izah olunur. Bundan başqa, haker hücumları və kibercasusluqla bağlı ittihamlara görə Pekin və Vaşinqton arasında gərginlik artıb.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!