Dünyada smartfon istifadəçilərinin sayı ilk dəfə 2 milyardı ötüb

2015-02-27 16:19:38 / 6305 dəfə oxunub
"Strategy Analytics” analitik şirkətinin məlumatına görə, smartfonlar dünyada ən geniş yayılmış elektron qurğuya çevrilib. Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada smartfonlardan istifadə edən insanların sayı ilk dəfə iki milyardı ötüb. 
Mütəxəssislər həmçinin hesablayıblar ki, təkcə ötən il ərzində smartfon sahiblərinin sayı 37 faiz - 2013-cü ildəki 1,5 milyarddan 2,1 milyard nəfərədək artıb. Beləliklə, dünya əhalisinin üçdə bir hissəsi (29 faiz) hazırda bu qurğulardan istifadə edir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici 22 faizə bərabər olub.
 Bu il smartfon istifadəçilərinin sayının daha 22 faiz artacağı gözlənilir. Analitiklərin proqnozuna görə, 2015-ci ilin sonunadək 2,5 milyard nəfər və ya Yer kürəsinin 7,2 milyard nəfər təşkil edən əhalisinin 35 faizi smartfon sahibi olacaq.
 "Smartfonlar hər yerdə sürətlə yayılır. Tədricən bu qurğular insanların gündəlik həyatının mərkəzi elementinə çevrilərək onları evdə, maşında və ofisdə müşayiət edir”, - tədqiqatı şərh edən "Strategy Analytics”in icraçı direktoru Nil Mouston deyib, - "DailyComm” yazır.  

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!