“Kantar”: “Apple” Avropada iştirakını genişləndirir

2015-03-05 13:24:20 / 6747 dəfə oxunub
"Kantar Worldpanel” tədqiqat şirkətinin hesabatına əsasən, "iPhone 6” və "iPhone 6 Plus” qurğularının uğurlu satışı fonunda Avropanın böyük ölkələrinin bazarında "iOS” platformasının bazar payı artmağa davam edir.
 "Kantar” tədqiqat şirkəti 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarına olan dövrdə Avropada mobil əməliyyat sisteminin yayılmasını göstərən hesabat dərc edib. Bu informasiya satılmış qurğuların həcminə əsaslanır.
 "ICTnews" elektron xəbər xidməti "macdigger.ru” saytına istinadən bildirir ki, satılmış "Android” smartfonların payı 67,2 faiz təşkil edib ki, bu da bir il əvvəl müvafiq dövrlə müqayisədə 2.3 faiz aşağıdır. "iOS” mobil platforması, əksinə, 3,2 faizlik artım göstərib. "Windows Phone” platforması öz mövqeyini yaxşılaşdırıb: bazar payı 9,6 faizə (ötən il 9.4 faiz olub) çatıb. Lakin "Microsoft”un mobil platforması əvvəlki kimi ən yaxın rəqibdən iki dəfə geri qalır. 
Tədqiqatın nəticələrinə əsasən, "iOS” mobil platformasının bazar payı üzrə ən böyük artım Böyük Britaniya (+11,4 faiz) və İtaliyada (+5,7 faiz) qeydə alınıb, yalnız Yaponiya (–7,3 faiz) və Fransada (-2 faiz) azalma olub. "Android” mobil platformasının bazar payı üzrə ən böyük artım Yaponiyada (+5,8 faiz), nəzərəçarpacaq azalma Avstraliyada (-10,8 faiz) qeydə alınıb. 
Yaponiya yeganə ölkədir ki, "iOS” platforması "Android”i ötür. Çində "iOS” mobil sisteminin bazar payı 25 faizədək artıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!