Avropol: “Kriptovalyutalar pulların yuyulması üçün vasitədir”

2015-03-05 13:25:59 / 7731 dəfə oxunub
Rəqəmli valyutalar qeyri-qanuni fəaliyyət göstərən və işi cinayətlərin törədilməsindən ibarət olan sahibkarlar üçün pulların yuyulması üçün vasitədir. Bu barədə Avropolun hesabatında deyilir.
 Kriptovalyutalar konsepsiyası qanuni istifadəni nəzərdə tutsa da, virtual pullarla anonim hesablaşmalar onları cinayətkarlar üçün qazanclı alətə çevirir. Avropa İttifaqı hüquq-mühafizə orqanının nümayəndələri qeyd edirlər ki, ənənəvi cinayətkar qrupların fəallığının azalması layihə əsasında qanunsuz fəaliyyət təşkil edən fərdi sahibkarların meydana çıxması ilə müşahidə olunur. Pulların ənənəvi yuyulma üsulları ilə yanaşı, kriptovalyutalardan getdikcə daha çox layihə iştirakçılarının əməkhaqqılarının ödənilməsi üçün istifadə edilir.
 Virtual valyutalar inkişaf etməkdə davam edir və yaxın vaxtlarda bazara tranzaksiyaların anonimliyini və mühafizəsini daha etibarlı təmin edən yeni kriptovalyutaların daxil olacağı gözlənilir. Ekspertlər ehtiyat edirlər ki, bazarda virtual pulların çoxluğu hazırda geniş ictimaiyyət tərəfindən qeyri-qanuni malların, qadağan olunmuş kontentin, psixotrop maddələrin və s. alışını məhdudlaşdıran maneələri ləğv edəcək, - "Payspacemagazine” yazır. 

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!