32 dollarlıq “ağıllı” saat nümayiş etdirilib

2015-03-06 15:43:15 / 7054 dəfə oxunub
Bəzi insanlar qol saatlarına xeyli vəsait xərcləyir. Amma Çinin "Pipo" şirkəti dəb və innovasiyanı bir qurğuda birləşdirərək ucuz "C2" "ağıllı" saatlarını təklif edib. "ICTnews" elektron xəbər xidməti "json.tv" saytına istinadən bildirir ki, Çin istehsalçısının yeni qurğusunun dəyəri 32 dollardır. "Pipo C2" öz platforması ilə işləyir və kənar hissələri dəyirmi şəklində kvadrat siferblata malikdir, çıxarılıb-taxılan bilərzik və "Bluetooth" modulunun köməyi ilə smartfona qoşulma imkanı kimi "ağıllı" funksiyalara malikdir. "C2" siferblatında, həmçinin telefon nömrəsini yığmaq və ya rabitə qurğusu kimi istifadə etmək olar, çünki siferblat daxili dinamikə malikdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!