Facebookda diqqətli olun

2015-03-13 11:46:33 / 8892 dəfə oxunub
Eqor Homakov adlı haker facebook istifadəçilərinin məlumatlarını əldə edə bilən proqram hazırladığını bildirib. "Sakurity” şirkətinin əməkdaşı olan həmin şəxs bu yaxınlarda öz bloqunda proqramı istifadə üçün təqdim edib.

O bildirilib ki, həmin proqram istifadəçilərin səhifələrinin "URL”lərini kopyalayır və növbəti dəfə istifadəçi həmin saxta "URL”lərdən öz facebook hesabına daxil olanda hakerlər istifadəçinin şəxsi məlumatlarını görə bilirlər.

Homakov bildirib ki, sosial şəbəkə administrasiyası artıq 1 ildir ki, facebookda məxfilik tənzimləmələrindəki boşluğu aradan qaldırmayıb. Bu da hakerlərə şəxsi məlumatları əldə etməyə imkan verir. Eqor Homakov onu da deyib ki, həmin proqram şifrə ilə qorunan bir çox internet saytlarda tətbiq edilə bilər.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!