Azercell SMS filtrasiyasının tətbiqinə başladı

2015-04-09 15:40:02 / 8221 dəfə oxunub
Mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçiləri çox vaxt narahat edən hallardan biri nömrələrinə çoxlu sayda reklam xarakterli SMS-lərin gəlməsidir. Daim öz abunəçilərinin qayğısına qalan Azərbaycanın lider mobil operatoru Azercell Telekom ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyası imkanını tətbiq edir.

Sabahinfo.az Azercell-ə istinadən verdiyi məlumata görə, SMS filterini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər. Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər. Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.

Hər zaman öz abunəçilərinin məmnunluğunu düşünən Azercell şirkəti bundan sonra da müştərilərilərinin mobil rabitə xidmətlərindən daha rahat və sərbəst istifadəsi üçün şərait yaratmaqda davam edəcəkdir.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!