Bu qol hamını göz yaşına boğdu

2015-04-14 19:01:13 / 11483 dəfə oxunub

Rusiyada matçda yaşanan qol sevinci bütün stadionu göz yaşlarına boğub. Anspress-in məlumatına görə, "Anji" (Mahaçqala) "Ximik" (Dzerjinsk) ilə qarşılaşıb.


Matç 2:0 "Anji"nin xeyrinə bitib. Oyunda qollardan birini İlya Maksimov vurub. Futbolçu vurduğu qolu ötən həftə dünyasını dəyişən 3 yaşlı qızına həsr edib.


O, stadiona toplaşan hamını duyğulandırıb.


Futbolçu qol vurduqdan sonra formasını çıxarıb. Onun altdan geyindiyi ağ idman maykasında isə qızının fotosu və "sən həmişə mənim ürəyimdəsən" yazısı olub.


Kədərini gizlədə bilməyən oyunçuya komanda yoldaşları təsəlli veriblər.




Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!