Rabitə sahəsində artım

2015-04-16 08:40:03 / 8348 dəfə oxunub
Azərbaycanda bu ilin birinci rübü ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi 9,3 faiz artıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında ölkədə ilin ilk üç ayı ərzində 379,4 milyon manatlıq informasiya və rabitə xidməti göstərildiyi bildirilib. 

İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,4 faiz düşüb.

Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,5 faiz artaraq 206,2 milyon manat təşkil edib.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!