Erməni hakerlər hücuma başlayır

2015-04-23 11:19:25 / 7901 dəfə oxunub

Aprelin 23-24-də Azərbaycanın, o cümlədən Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumların həyata keçiriləcəyi aşkarlanıb.

 

Bu barədə  Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırma və müşahidə tədbirləri nəticəsində məlum olub. 
 
 
CERT.GOV.AZ mümkün kiber hücumların qarşısınının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.
 
 
Məlumat üçün bildirək ki, aprel ayının 24-də Ermənistan höküməti qondarma soyqırımın 100 illiyini qeyd edəcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!