Dubayı robot polislər mühafizə edəcək

2015-04-29 17:14:08 / 8179 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini robot polislər mühafizə edəcək.


Sabahinfo.az"Khaleej Times” nəşrinə istinadən xəbərinə görə, Dubay polisi ictimai yerlərə nəzarət etmək və turistlərlə təmas qurmaq üçün robotları cəlb edəcək.


Məlumata görə, ilk robot polislər 2017-ci ildə xidmətə alınacaq. Robot polislərin kütləvi şəkildə işə götürülməsi isə Dubayda 2020-ci ildə keçiriləcək "Ağılları birləşdirək, gələcəyi quraq” adlı ümumdünya sərgisi ərəfəsində baş tutacaq.


Belə ki, robot polislər Dubayın polis idarəsinin çağrı mərkəzinə qoşulmuş interaktiv ekran və mikrofonla təchiz olunacaq. Dubay sakinləri və şəhərin qonaqlarıisə birbaşa olaraq texniki vasitə ilə təmasa girərək, onlardan məsləhətlər və suallarına cavablar ala biləcəklər.

Sistem tam olaraq avtomatlaşdırılacaq və robot polisin insan tərəfindən idarə olunması minimum səviyyəyə endiriləcək. Bu yenilik sayəsində əmirlik rəhbərliyi "Dubay Expo-2020” sərgisi ərəfəsində işçilərin işə götürülməsini minimuma endirmək niyyətindədir.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!