Elektron imzaların sayı 31 mini ötüb

2015-05-07 16:54:21 / 8496 dəfə oxunub

"Elektron hökumət” bülleteninin may buraxılışında elektron imza vəsiqələri barədə növbəti statistika açıqlanıb.

Mincom.gov.az xəbər verir ki, 30 aprel 2015-ci il tarixə ölkə üzrə əldə olunan elektron imza sertifikatları 31682 ədəd təşkil edib: "Artıq dövlət qurumlarına 18396 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 5817-ə çatıb. Vətəndaşlar isə 7469 sertifikat əldə ediblər”. Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!