`Hər şey yüksək səviyyədə olacaq` - İltimas Məmmədov

2015-11-20 21:36:29 / 7487 dəfə oxunub
İnternetlə bağlı problem tamamilə həll olunub.

Bunu rabitə və yüksək texnologiyalar naziri əvəzi, nazir müavini İltimas Məmmədov deyib.

"Alternativ kanallarımız hər zaman olub. Kanalda problem yox idi. Biz əlimizdən gələni edirik ki, bir daha belə hal baş verməsin. Avadanlıqların köçürülməsi prosesi bu axşam başa çatır. Hər şey yüksək səviyyədə olacaq”, - deyə İ. Məmmədov bildirib.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom” MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu. (Apa)
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!