"WhatsApp"da bloka salındığınızı öyrənin

2016-05-19 13:49:52 / 7616 dəfə oxunub

Bildiyimiz kimi, "Whatsapp"da mesaj almaq istəmədiyiniz hər hansı bir nömrəni blok edə bilərsiniz. Bunu etdikdə artıq qarşı tərəf nə etsə də, sizə mesaj vasitəsilə fikrini çatdıra bilməz.

sabahinfo.az xəbər verir ki, "Whatsapp"da bunu anlamanın dəqiq bir yolu olmasa da, təxmini olaraq öyrənmək mümkündür.

Məsələn "Whatsapp"da yazdığınız adam mesajlarınızı heç bir şəkildə cavab vermir və atdığınız mesajlarda yalnız təsdiq işarəsi qalırsa, demək hər şey qaydasında deyil.

Bundan əlavə, qarşı tərəfin "online" olub-olmadığı və yazdığı status görünmürsə, bu, sizin bloka salındığınızın göstəricisidir. Ancaq qarşı tərəfin gizlilik parametrləri vasitəsilə statuslarının görünməsini bağlaması da ola bilər.

"Whatsapp"da mesaj alıb göndərərkən görünən xüsusi işarələr də diqqətdən yayınmır. Əgər sizin mesaj göndərilibsə, bircə quş işarəsi görünür. Mesajınız göndərilib və ünvana çatıbsa, iki işarə görünür. Cüt mavi quşlar isə mesajınızın oxunduğunu bildirir. İşarələrin yerində saat şəkli olsa, mesajınızın ümumiyyətlə çatmadığını bilin. Qırmızı nida işarəsi isə mesajın hər hansı texniki problemlər üzündən çatmadığını bildirir. Bunu gördükdə yenidən cəhd edin.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!