“Whatsapp”a daha bir rəqib gəlir

2016-05-21 13:11:53 / 7533 dəfə oxunub

İnternet nəhəngi "Google” "Allo” adlı yeni bir mesajlaşma proqramı hazırlayıb.

Sabahinfo.az "İhlas” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, populyar mesajlaşma proqramı olan "WhatsApp”ın hökmranlığına son qoymaq üçün daha bir cəhd edilir.

Özünün bir sıra yeniliklərini təqdim edən "Google” "Allo” adını verdiyi yeni proqramla bu sektordakı payını artırmağa çalışacaq.

Qeyd edilir ki, "Allo” daha çox "Facebook Messenger”ə  bənzəyən tam müstəqil bir proqram olacaq.

Məlumata görə, "Allo” qarşıdakı aylarda "Android”, həm də "İOS” sistemlərində istifadə edilə biləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!