“28 May Müstəqillik günü”nə həsr edilmiş tədbir keçirilib

Yap Yasamal rayon təşkilatında Yasamal Rayon İcra Hakimiyyəti, Yenİ Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “28 May Müstəqillik günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələri dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra məruzə üçün söz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgərdərova verildi. Çıxış edən Anar İsgənərov qeyd etdi ki, O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad olması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını şərtləndirəcəkdir.

Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəalı Xudiyeva Sədaqət Yusif qızı doğum günü münasibəti ilə təbrik edilmişdir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Respublika İncəsənət Gimnaziyasının “28 May Müstəqillik günü”nə həsr edilmiş “Bayraq mənliyimdir,bayraq kimliyim” adlı ədəbi bədii kompozisiya tədbir iştirakçılarına təqdim edildi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Anar İsgəndərov, Elnur Allahverdiyev,Ülvi Quliyev, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və Yasamal rayon ictimaiyyəti iştirak etmişdir.

Sonda xatirə şəkili çəkilmişdir.