Dünən səhər saatlarında 88 yaşlı Yaşar Dadaşovun yaşadığı Mərdəkan qəsəbəsində gəlini Gülnarə Dadaşovanı qətlə yetirməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Sabahinfo.az xəbər verir ki, Y.Dadaşov ilkin ifadəsində oğlunun 57 yaşlı həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirdiyini deyib.
O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.
Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Lakin tibbi yardım göstərildikdən sonra 88 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. /Qafqazinfo