ABŞ 1,5 ildən sonra Bakıya səfir göndərir

ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək.

Sabahinfo.az xəbər verir ki, səfir təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, ötən ilin yayından bəri Vaşinqtonun Azərbaycanda səfiri yoxdur.

Libbi bundan əvvəl ABŞ-nin Avropa İttifaqı yanında Brüssel missiyasının rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-nin Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi müşavir vəzifəsində çalışıb. Vaşinqtonda o, Dövlət Departamentinin Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa Məsələləri İdarəsinin direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və digər vəzifələrdə çalışıb.