"ABŞ Azərbaycanın narahatlığına daha diqqətlə yanaşmalıdır"-MÜSAHİBƏ

Milli Məclisin deputatı Vüqar İsgəndərli SABAHİFO.AZ saytına müsahibə verib. O,  müsahibəsində gündəmdə olan məsələlərə toxunub. Həmin müsahibəni təqdim edirik:

-Hörmətli Vüqar müəllim , Ermənistanla masada danışıqlara ,atılan imzalara ,götrülən öhdəliklərə baxmayaraq Ermənistan yenə də sərhədlərimizdə hərbi təxribatları davam etdirməklə nəyə nail olmaq istəyir?Sizcə Azərbaycan tərəfi bu dəfə dəmir yumrugu endirəcəkmi? 

-İlk olaraq onu qeyd edək ki ,Vətən müharibəsində şanlı qələbəmiz bizi dünyanın ən qürurlu xalqı elədi.Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bu zəfəri bizə yaşatdı və artıq post müharibə dövründə Azərbaycan tam bölgədə dikdə edən ölkəyə çevrilib.Müharibədən sonra üç tərəfli bəyanat imzalandı Azərbaycan Prezidenti İlham Əliyev ,Rusiya Federasiyasının Prezidenti Viladimir Putin  və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanan bəyanatın hələ də icra olunmayan bəndləri var.Əsas dördüncü bəndi qeyd eləməliyik ki,hələ də ərazimizdə on minə yaxın erməni yaraqlısı var.Bir başa bu Rusiya sülhməramlılarının görməli işidir. Yəni bəyanatın dördüncü bəndinə görə sülhməramlılar ora yerləşəndə ,qeyriqanuni silahlı insan ola bilməz üç ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də həmin ərazidə  erməni yaraqlıları mövcuddur hətda onların himayə olunmasında biz rus  sülhməramlılarının əməyini də gördük .Masada Azərbaycanın təklif etdiyi beş baza prinsipi var bu bir neçə variantda müzakirə olunur. Rusiya farmatıdı, Moskva Soçi formatı olub, Burusel formatı və Vaşiktonda Xarici İşlər nazirlərinin görüşləri keçrilir Amerikanın maderatırlığı ilə və son zamanlara baxsaq görüşlərin hər birində masada yalnız Azərbaycanın təklif etdiyi prinsiblərdi. Ermənistan tərəfdən heç bir məslə qəbul olunmur.Qalib tərəf kimi Azərbaycan təklif edir. Marağlı tərəfi budur ki, Azərbaycan tərəfinin təklifləri rasional təkliflərdi. Onlar oradan yalnız uduşla çıxa bilər.Son zamanlarda da təxribatların səbəbi həmin danışıqları pozmaqdır çünki Paşinyan Azərbaycan tərəfinin ərazi bütövlüyünü qəbul edib .Qarabağ Azərbaycanın suveren ərazisi olduğunu qeyd edib. Bu artıq böyük irlləyişdir lakin biz görürük ki ,yenə də təxribatlar dayanmır bütün sərhədboyu bölgələrimizdə  mütamadi təxribatlar olur. Bunlar dəhlizin açılması yaraqlıların çıxarılması və danışıqların dalana dirənməsi üçün olan çabalardı və son zamanlarda təxribatların artmasının səbəbi Azərbaycanın Moskvadakı uğurlarına görədir. Onlar bu təxribatlarla bu danışıqların sülhmüqaviləsinə gedən yolu hansısa blinməyən zamana buraxmasına çalışırlar. Əsas niyyətləri budur, düşünürəm ki, neynəsələr də bacara bilməyəcəklər.

-Ermənistan ekaloji teroru davam etdirmək niyyətindədir.Naxçıvanla sərhəddə Metalurgiya zavodu tikmək istəyir.Azərbaycan tərəfi buna mane ola biləcək? Bununla bağlı nə deyə bilərsiz.?

-Ermənistan uzunmüddət insanlarımıza ,torpaqlarımıza həm də ekalogiyamıza böyük ekoteror edib və Azərbaycanın çinar meşələri,  çayları, Azərbaycanın yeraltı və yerüstü sərvətlərini sümürüblər. Azərbaycan bütün  bununların qarşısı alınması ilə bağlı çox  vacib işlər görüb. Son zamanlar Naxçıvanla olan sərhəddə Fabrik inşa eləmək istəyirlər. Fabrik üçün ərazi belə ayrılıb. Birincisi  həm Ermənistan həm də Azərbaycan Beynəlxalq Konvensiya var bununla bağlı və hər iki dövlət ona qoşulublar .Yəni sərhəd boyu ərazidə ölkə sərhəddinin yaxınlığlnda hər hansı zəhərli tullantılarla bağlı fabrik, zavod inşa ediləcəksə mütləq Konvesiyaya istinad olunmalıdır. Yəni bu ölkə ziyan çəkə bilərsə, zərər görərsə o ölkə etiraz edərsə yenidən baxılıb hətda onun yeri dəyişdirilib yaxud ləğv oluna  bilər. Son zamanlar hələlik bununla bağlı Azərbaycan tərəfi Beynəlxalq instansiyalara müraciət eliyib və rəsmi Bakı öz narazılğını bildirib. 70 milyon maliyə məsələsi var. ABŞ ora maliyə ayırır. Düşünürəm ki,  ABŞ bu məsələyə daha diqqətlə yanaşmalı və Azərbaycanın narahatlığına diqqətlə yanaşmalı, Azərbaycanın etirazını başa düşməli ya onu ləğv etməli ya da yerini dəyişdirməlidir.

-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vədinə əməl edərək ilk ölkə olaraq Azərbaycana səfər etdi.və burada Prezident İlham Əliyevə müraciət edərək əgər izniniz olarsa biz Şuşada  konsulluğumuzu tez bir zamanda açmaq istəyirik deməsi əslində həm də dünyaya mesaj idi .Bununla bağlı fikirləriniz. 

-İki ölkə arasındakı münasibətlər bütün dünyaya  aydındı. Azərbaycanla Türkiyə arasındakı hər sahəni əhatə edən mütt əfiqlik heç bir ölkədə yoxdur .İki dövlətin birliyi bütün dünyaya nümunədir. Eyni zamanda iki dövlətin liderlərinin şəxsi münasibətləri,bir - birlərinə qardaş söyləmələri  , yumruğu bir yerə vurmaları həm də dünyaya bir mesajdır. Münasibətlərimiz ən yüksək qardaşlıq səviyyəsindədir. Biz bunu Şuşa bəyannaməsində də rəsmiləşdirmişik və biz hər zaman bir - birimizi dəstəkləyəcəyik və münasibətlərimizi hər daim zirvələrdə saxlayacağıq.Tayyib Rəcəb Ərdoğanın ilk Azərbaycana səfər etməsi heç kimdə şübhə doğurmadı. Azərbaycan da ilk səfərini  seçkilərdən sonra Türkiyəyə edir. Bütün bunlar da hər iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasını bütün dünyaya göstərir. Hər iki dövlətin Prezidentləri sözünü tutan dünya səviyyəli siyasətçilərdir.Bu həm də dünyaya mesajdırki, dünyada iki ölkəyə qarşı hansı bədxahlar varsa ,bu ölkələrdən biri ilə problemi varsa bu iki dövləti qarşılarında birlikdə görəcəklər. Bu iki dövlətin birlikdəklikləri dünyaya həm də sülh mesajıdır. Biz birlikdə barışı dəstəkləyirik. Yox əgər əksini düşünənlər varsa hər iki  güclü dövləti qarşılarında görəcəklər.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi muxbiri.