Ağa Musa Nağıyevin nəvəsi İlham Əliyevi bayram münasibətilə təbrik edib

Milyonçu xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” Ictimai Birliyinin sədri Dilarə Nağıyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Qəhrəman sərkərdəmiz İlham Heydər oğlu Əliyev cənabları! Sizi, dünyaya bizləri tanıtdıran, sevdirən Prezidentimizi Novruz bayramı münasibətilə təbrik edirəm, Sizə və ailənizə cansağlığı arzulayıram. Ata vəsiyyətini illərlə qəlbində gəzdirib, 8 noyabr 2020-ci ildə ŞUŞAnın azad olunması sevincini bizlərə yaşadan Fateh Sərkərdəmizə eşq olsun. Hansı bir dövlətin belə uzaqgörən siyasətçisi, vzifəsinin öhdəsindən gələ bilən, hər işin həll olunmasının vaxtını bilən Baş Komandanı var?! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Çünki biz qədir bilən xalqıq.

Hörmətli Prezidentim, qarşıdan gələn 80 illik yubileyim ərəfəsində Sizinlə görüşmək arzusundayam. Bir ana məhəbbətilə Sizi və ailə üzvlərinizi öpüb, əzizləyirəm, təşkilatımızın bütün üzvləri adından Sizlərə alqış deyirik”.