AKP Ərdoğanın qələbə nitqinə hazırlaşır

Hazırda AKP-nin Ankaradakı mərkəzi qərargahının önündə “balkon çıxışı” üçün hazırlıqlara başlanılıb.

Axar.az-ın qardaş ölkəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, AKP Türkiyə lideri Ərdoğanın qalib gələcəyi təqdirdə qələbə çıxışı etməsinə hazırlaşır.

Hazırda səhnə quraşdırılır, səsgücləndiricilər və digər işlər görülür.