"Artıq bir çox nazirliklərə müraciət etmirəm, xeyri yoxdur" - Deputat

"Onlarla sahibkarın əlimizdə işi var. İcra orqanı ilə məhkəmələr arasında qalıblar. Top kimi ora-bura vururlar. Onlar pandemiya zamanı ağır vəziyyətə düşüblər. Heç bir problemini həll edə bilmirlər".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, Milli Məclisdə sahibkarlığın inkişafı ilə bağlı bir neçə qanun qəbul edilir:

"Bilmək lazımdır ki, bunların heç biri həyatda icra olunmur. Kiməsə yaxın sahibkar çevrəsi varsa, onların problemi həll olunur. Digərlərinin heç bir məsələsi həll olunmur".

Deputat qeyd edib ki, artıq bir çox nazirliklərə müraciət etmir: "Müraciət etməyin xeyri yoxdur. Kimisə də tənqid edəndə deyirlər ki, yəqin şəxsi xahişi olub, onu yerinə yetirməmişik".