Asim Mollazadə: “Ermənistan siyasətini sahiblərinin göstərişləri üzərində qurur”

"20 ildən artıq müddətdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupundan optimist açıqlamalar çox görülüb. Ancaq, onların bir nəticəsi yoxdur”. Bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, həmsədrlər optimizminin arxasında Ermənistan danışıqların imitasiyası ilə məşğuldur: "Ermənistan həmişə son anda danışıqları dayandırır. Biz həmsədrlərdən optimizm görürük, amma hələ bir nəticə yoxdur”.
A. Mollazadə ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutunun "5-lik Sədrlər Şurası” ilə əvəzlənməsi məsələsinə də münasibət bildirib: "Bu məsələ müzakirə olunsa, da onun nəticə verib-verməyəcəyini deyə bilmərəm. Ermənistan müstəqil dövlət deyil. Onun arxasında qüvvə durub. Ermənistan da öz siyasətini sahiblərinin göstərişləri üzərində qurur. Ona görə də ATƏT-in Minsk qrupuna hər hansı bir dövlətin daxil edilməsinin prosesin irəli getməsinə xidmət edəcəyinə inanmıram”