Avstraliyada Rusiya və Belarusun bayraqları qadağan edildi

Tennis üzrə Avstraliya açıq çempionatında kortlarda Rusiya və Belarus bayraqlarının asılması qadağandır.

Bu barədə  Sabahinfo.az “Reuters”ə istinadən xəbər verir.

""Australian Open" ərazisində Rusiya və Belarusun bayraqlarının daşınması qadağandır. Bizim orijinal siyasətimiz ondan ibarət idi ki, azarkeşlər onları gətirə bilər, lakin maneə yaratmaq üçün onlardan istifadə edə bilməzdilər", - "Tennis Australia"nın açıqlamasında deyilir.

Qeyd olunur ki, qadağa dərhal qüvvəyə minir.