Aydın Hüseynov: Fransa Azərbaycanın suveren və legitim hüquqları çərçivəsində hansısa addımlar atmasına irad bildirə bilməz

Ermənistanla sərhəddə , Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən sərhəd-keçid məntəqəsinin qurulması və dövlətimizin sərhəddə nəzarəti tam bərpa etməsi millətimizin və dövlətimizin Zəfər salnaməsinin məntiqi davamı, üzərimizə yürüyən sərin qarşısına qoyulan milli iradəmizin polad nida işarəsidir. Bu, Azərbaycan dövlətinin, Cənab Prezidentin sarsılmaz iradəsinin təntənəsidir və heç bir ölkənin Azərbaycanın öz daxili sərhədlərində zəruri nəzarət tədbirləri, infrastrukturlar qurmasına irad bildirməsinə haqqı yoxdur. Bu, birbaşa Azərbaycanın öz daxili Konstitusyon hüquqları çərçivəsində təmin etdiyi zəruri dövlət təsisadır və başqa bir ölkənin bu məsələyə müdaxilə etməsi, diplomati qaydalara və siyasi etiket qaydalarına zidd münasibət bildirməsi yolverilməzdir. Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın bu tipli açıqlaması da yolverilməzdir və əsassızdır”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkli qeyd edib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Azərbaycanın bu addımın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına, eləcə də, digər hüquqi beynəlxalq sənədlərə zidd olması barədə fikirlər isə sadəcə cəfəngiyyatdır. Əslində üçtərəfli bəyanatın maddələrini pozan və ona əməl etməyən Ermənistandır, həmin bəyanatın maddələrində erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, bölgədə kommunikasiyaların açılması və 30 ildir ki, ağır blokadada yaşayan Naxçıvanla quru sərhədlərinin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Ancaq İrəvan bunların heç birini yerinə yetirməyib. Azərbaycan isə bəyanatın müddəlarına sadiq qalaraq bölgədə sülh və əməkdaşlıq üçün dayandamn təşəbbüslərini davam etdirir. Hazırda yeni qurulmuş sərhəd məntəqəsi də xoşməramlı və bölgədə yaşayan insanların təhlükəsizliyinə xidmət edir, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verməklə, onların hər birinin geniş təminatlarına yönəlik səylərini davam etdirməyə çalışır”.

A.Hüseynov bildirib ki, Fransa öz riyakar və ermənipərəsət mövqeyindən çıxış edərək Azərbaycanın qanunamüvafiq dövlət tədbirlərinə öz qərəzli yanaşması ilə irad bildirməklə bir daha bölgədə dayanıqlı sülh və faydalı əməkdaşlıq mühirinin yaradılmasına maneə yaratmaq niyyətini bəyan etmiş olur. Azərbaycanın yaratdığı sərhəd-buraxılış məntəqəsi bölgədə qeyri-qanuni silha daşınmalarının qarşsıının alınmasına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, ancaq rəsmi Paris bu addımlara fərqli mövqe bildirməklə bölgədə təhlükəsizlik mühitinin formalaşmasına qarşı çıxıdığını nümayiş etdirmiş olur.