Aysel Pərvizdən küsüb: "Ondan bunu gözləmirdim"

"İnsan hər zaman diqqəti önəmsəyir. "Survivor"a əvvəl baxırdım, sonra yox. Pərvizi dəstəkləmişəm, istəmişəm birinci olsun. Amma indi ondan küsmüşəm, danışmıram".

Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şourum" verilişində deyib. Sənətçi kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə küsülü olduğunu deyib. O bildirib ki, Pərviz "Survivor"da olan zaman ona qarşı haqsızlıq edib:

"Orada konsert oldu, Pərviz "Yandırdı qəlbimi" oxudu. Amma qeyd etmədi ki, Azərbaycan mahnısıdır və mən oxumuşam. Mən yox, bir başqasının ifasında sevilsin, yenə deyilməlidir. Pərvizlə biz uzaqdan yox, yaxın tanışıq. İstanbulda olanda pandemiyada arada görüşürdük, münasibətimiz yaxşı olub. Bunu gözləmirdim. O diqqəti gözləyirdim. İfamın adının deyilməsini istəyirdim".