Azad edilmiş ərazilərdə daha 413 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (mart ayı) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sabahinfo.az-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank əleyhinə mina, 1254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Məlumata görə, 60 94,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.