Azad Rəhimovun vəziyyəti yaxşılaşır - Nazir müavini

Gənclər və İdman naziri Azad Rəhimovun vəziyyəti yaxşılaşır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.

O qeyd edib ki, hər gün nazirlə birbaşa əlaqə saxlayır: "Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək".