Azər Badamov Qusarın problemlərindən DANIŞDI

Cənab Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə yürüdülən sosial-iqtisadi siyasət hökumət tərəfindən yüksək səviyyədə həyata keçirilir. 2021-ci ildə  ölkəmizdə makroiqtisadi sabitlik təmin olunmuş, pandemiyaya qarşı effektiv mübarizə tədbirləri, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edən vacib addımların atılması davam etdirilmişdir. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işləri sürətlə aparıılmış, bunula yanaşı regionların tarazlı inkişafı proqramı da uğurla icra etdirilmişdir. Qısa olaraq qeyd etmək istəyirəm ki, hökumətin 2021-ci ilə dair hesabatı məqbuldur və səs verəcəyəm. Hesabatı dəstəkləməklə yanaşı təmsil olunduğum dairəmdə həllini gözləyən vacib bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm.

  Qarabağ müharibəsində qusarlılar yaxından iştirak etmiş, torpaqlarımızın erməni işğalından azad olunmasında qəhrəmancasına vuruşmuş və bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yüksək səviyyədə yerinə yetirməyinə hazırdırlar. Şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısı ilə əhatə olunmuşdur və bu yüksək qayğıya görə qusarlılar cənab prezidentə minnətdarlıqlarını bildirirlər.

     Onu da qeyd etməliyəm ki, Qusar rayonda Qarabağ müharibəsi və şəhid ailələrin mənzillə təmin olunamasında ciddi çətinlik var və bizə bu barədə çoxlu müraciətlər olunur.. Bu gün Qusar rayonunda 131 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil növbəsində dayanıb.  Bu şəxslərin müəyyən hissəsi Birinci Qarabağ müharibəsinin iştiirakçılarıdırlar. Mən müvafiq qurumdan Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  çox mənzilli   binanın tikilməsini xahiş edirəm. Əgər çoxmənzilli bir bina tikilərsə Qusar şəhid ailələri və  Qarabağ müharibəsi əlillərinin mənzil problemini kökündən həll etmiş olarıq.

    İkinci məsələ Qusar rayonun qazlaşdırılması ilə bağlıdır. Ölkə üzrə qazlaşma 97%-i keçdiyi halda Qusar rayonun cəmi 52%-i qazlaşdırılmışdır. Rayonun 43 kəndi qazlaşdırılmamış qalır. Bu kəndlərdən Avaran, Xürəl, Yasab, Mucuq və Ləyərqışlaq kəndləri həm həcimcə böyükdürlər, həm də maqistral qaz kəməri bu kəndlərin yaxınlığından keçir. Son 4 ildə Qusar rayonunda heç bir yaşayış məntəqəsinin qazalaşması aparılmamışdır.  Təbii ki, qazlaşmanın gecikməsi məcburən meşələrin kəsilməsinə gətirib çıxarır. Onu da qeyd edim ki, qusarlılar meşədən odun gətirməklə bağlı da problem yaşayırlar. Kəndlərə lazımı qədər odun limiti ayrılmır.  Yaşayış məntəqlələrin yaxınlığında meşələr olduğu halda kəsilməyinə limitə ayrılan yerlər  çox uzaqda yerləşdiyindən insanlar yanacaq odunun tədarükündə də böyük çətinlik yaşayırlar. Müvafiq   qurumdan Qusar rayonun kəndlərinin qazlaşdırılması məsləsinə baxıllmasını  və tezləşdirilməsini xahiş edirəm.

     Digər bir məsələ Qusar şəhəri Şövkət Orduxanov adına mərkəzi stadionun əsaslı sürətdə yenidən qurulması və bərpası  ilə bağlıdır. 5 il əvvəl bu stadion  yenidən qurma adı ilə tam dağıdılmışdır.   Müəyyən səbəblər üzündən stadion 5 ildir ki, dağıdılmış vəziyyətdə qalır. Məsələ ilə bağlı müvafiq qurumlara müarciətlər etmişəm. Təəssüf ki, hələ də bir irəlləyiş yoxdur və stadionla bağlı insanıların narazılığı günü gündən artmaqdadır. Necə olur ki, şəhərin yeganə stadionu məhv edilib onun gələcəyini düşünmürük?  Axı biz idman ölkəsiyik. 

     Hörmətli cənab Baş nazir! Qusar rayonun idmançıların yetişməsində əsas rolu olan  bu stadionun yenidən qurulması və bərpasını nəzarətə götürməyinizi xahiş edirəm.  İnanıram ki, hörmətli cənab Baş nazirin  bu məsləni şəxsən nəzarətə alması Qusar idmançılarının və sakinlərininin  stadionla bağlı narahtlığına son qoyular.