Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.