“Azərbaycan regionda sülhün əldə olunması üçün çalışır”

“44 günlük Vətən müharibəsində şanlı qələbəmizlə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Müzəffər Azərbaycan Ordusunun şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələr Azərbaycana müntəzəm təzyiq və təhdid edirdilər. Amma bütün bunlara rəğmən Azərbaycan haqq savaşı apardı və zəfər çaldı. Qalib ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbəriyi ilə Vətən müharibəsində şücaətlə irəliyə doğru addımlayırdı. Bu Zəfər sayəsində Ermənistan ordusu darmadağın edildi. Erməni diaspor haqqında yayılan miflər puça çıxdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə erməni mifini də məhv etdi. Hazırda Ermənistan bütün regional layihələrdən təcrid olunmuş məğlub ölkədir. Ermənistan 10 noyabr bəyanatını imzalsa da yenə də riyakarlığını davam etdirir Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova fikirlərini saytımıza bildirib.

Səadət Məhərrəmova deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarına mane yaradan çıxışlar edir: “Azərbaycan isə hər zaman olduğu kimi, bu gün də sülh tərəfdarıdır Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltslə birgə mətbuat konfransında bu məsələyə bir daha toxundu: “İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”. Göründüyü kimi, Azərbaycan regionda sülhün əldə olunması üçün çalışır”.

Səadət Məhərrəmovanın fikrincə, iqtisadi amil Azərbaycanın qüdrətini artırıb: “Prezident İlham Əliyevin apardığı düşünlümüş siyasət Azərbaycanın siyasi, hərbi və iqtisadi uğurlarına rəvac verib.  Buna görə də Qələbəmiz reallığa çevrilib”.