Azərbaycana içilən and

Dövləti tanıtma vasitələrindən biri kimi idmanın əhəmiyyəti böyükdür. Hələ ötən əsrin sonlarında Azərbaycan Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsi, İlham Əliyevin Komitənin prezidenti seçilməsi Azərbaycanda idmanın dinamik inkişafını təmin etdi. Azərbaycanlı idmançılar Avropa,  və dünya birinciliklərində, Olimpiya Oyunlarında böyük uğurlar qazanmağa başladılar.
  Bu günlərdə Budapeştdə güləş üzrə Avropa birinciliyi keçirildi. İdmançılarımız bu mötəbər yarışda həm sərbəst güləşçilərimiz, həm də yunan-roma güləşçilərimiz uğurlar qazandılar, hər iki növ üzrə Avropa birincisi oldular. Belə uğurların əsasını Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən  gənclər siyasəti təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu böyüş sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Avropa birin¬ci¬liyində iştirak etmiş idmançılarla görüşdü. Bu görüş Azərbaycana şöhrət gətirənlərə minnətdarlıq görüşü idi.
2020-ci ilin payızında Vətən müharibəsində Zəfər qazananlar da Azərbaycana şöhrət gətirmişdi. Bu şöhrət Zəfərin   başqa formatda, başqa məzmunda davamıdır. Hər iki qələbə azərbaycan gəncliyinin vəətənpərvərliyini daha da dönməzləşdirir. Belə qələbələr də milli mentaliteti yaşatma vasitəsi olur.
Azərbaycan Respublikasının Prezidenti bildirdi ki, iki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunla¬rında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, bu günə kimi layiqincə təmsil etdikləri kimi təmsil etsinlər.
Görüşdə Azərbaycanın bundan sonra da lider dövlət olaraq qalması üçün idamançılar da əlindən gələni əsirgəməyəcəklərini bildirdilər. Bu, and kimi səsləndi, Azərbaycana içilən and kimi...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı