Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir. 

Sabahinfo.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. 

Onun sözlərinə görə, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:

“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb:

“Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.