Azərbaycanda boşanmaların sayı azalıb

Azərbaycanda boşanmaların sayı azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57 033 nikaha daxilolma və 14 525 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.